"Barsa"dan rekord: nə "qırmızı" alır, nə də qapısına penalti vurulur
Paylaş:
"Barselona" ispaniya futbolu tarixinə düşüb. Bu, komandanın La Liqanın geridə qalan 28 turunda qırmızı almaması və qapısına penalti təyin edilməməsiylə bağlı olub.
Kataloniya klubunda sonuncu qırmızı vərəqəni 2015-ci ilin oktyabrında "Eybar"la oyunda Xavyer Maskerano alıb.
Buna qədərki ən yüksək göstəriciyə 1970/71-ci il mövsümündə "Barselona" və "Real" nail olub və o vaxtdan təkrarlanmayıb.
Qeyd edək ki, La Liqanın son turunda "Valensiya"ya qarşı matçda "Barsa"nın rəqibi həm "qırmızı" kartla cəzalandırılıb, həm də "yarasalar"ın qapısına penalti təyin edilib. Qarşılaşma kataloniyalıların 4:2 hesablı qələbəsiylə başa çatıb.
| Paylaş: