')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisi finala yüksəldi

Azərbaycan millisi finala yüksəldi


oxunma sayı: 208 Paylaş:

FutbolPressYunan-Roma güləşi üzrə Azərbaycan milli si İranın Abadan şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

Akif Əliyevin baş məşqçi əvəzi olduğu kollektiv B qrupundakı son görüşündə Ukraynanı məğlub edib - 5:3.

Yığmanın heyətində Taleh Məmmədov (59 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) rəqiblərindən güclü olublar. Kamran Məmmədov (66 kq), Rafiq Hüseynov (80 kq) və Oyan Nəzəriani (130 kq) isə məğlubiyyətlə üzləşiblər. Bunadək Azərbaycan yığması Türkiyə və Belarusu da eyni hesabla üstələyib.

Finalda Azərbaycanın rəqibi digər yarımqrupun qalibi Rusiya olacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.


oxunma sayı: 208 | Paylaş:




?>