')

Bu gün:


FutbolPress.Az | Luis Enrikeni Sampaoli əvəzləməyəcək

Luis Enrikeni Sampaoli əvəzləməyəcək


oxunma sayı: 244 Paylaş:

FutbolPress“Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli növbəti mövsümdən “Barselona”nı çalışdırmayacaq.

Belə bir iddia ilə İspaniyanın “Marca” nəşri çıxış edib.

Onlar iddia edir ki, cari mövsüm “Sevilya”nın uğurlu çıxışına və Kataloniya klubunun rəhbərliyi ilə yaxşı münasibətdə olmasına baxmayaraq, Sampaoli heç vaxt “Barselona”nın baş məşqçi postuna namizəd olmayıb.

Klub rəhbərliyi Luis Enrikeni komandanı yaxından tanıyan məşqçi ilə əvəzləmək istəyir. Bu səbəbdən də hazırda “Barsa”nın baş məşqçi vəzifəsinə 2 namizəd var: “Atletik”in çalışdırıcısı Ernesto Valverde və Luis Enrikenin köməkçisi Karlos Unsue.


oxunma sayı: 244 | Paylaş:





?>