')

Bu gün:


FutbolPress.Az | "Neftçi" ilə qarşılaşma ilin tarixi oyunu olacaq" - Tahir Gözəl

"Neftçi" ilə qarşılaşma ilin tarixi oyunu olacaq" - Tahir Gözəl


oxunma sayı: 350 Paylaş:

FutbolPress"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl AFFA-nın bu gün keçirilən Hesabat Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bu il "Qarabağ"ın avrokuboklarda qrupa qalmağa gücü çatacaq?
- BəLİ, buna gücümüz çatacaq. “Qarabağ”a da tam inanıram.

- Amma Reynaldo getdi, Dani Kintana zədəlidi...
- Kintananın zədəli olması bizim üçün böyük itkidir. Əlimizdə olan imkanlarla oynayacağıq. Əsas odur ki, komandada atmosfer yaxşıdır, Qurban Qurbanova inanıram.

- Avropa Liqasının, yoxsa Çempionlar Liqasının qrupu?
- Mənim arzum Çempionlar Liqasının qrupuna düşməkdir.

- Yeni oyunçuların transferi gözlənilir?
- Oyunçunu gətirmək ağır prosesdir. Qurban Qurbanov bir neçə oyunçu izləyir və onlar üçün nümayəndələri də göndərib. Əgər kimi istəsə, biz gətirməyə hazırıq.

- "Qəbələ" ilə oyunlarda ajiotaj yaranır. Bu sizi narahat etmir ki?
- Hamımız Azərbaycanı təmsil edirik. "Qəbələ" güclü klubdu. Bizə qarşı çox yaxşı oynadılar. Bizim aramızda belə bir şeylər olmamalıdır.

- Çempionatımızın da 8 komandalı olması "Qarabağ"ın avrokuboklardakı çıxışına nə qədər təsir edir?
- Təsir edir. İmkanlar nədirsə, ona görə əlimizdən gələni edəcəyik. İstərdik ki, azı 10 komanda olsun. Hər halda "Qəbələ" kimi güclü rəqibimiz var.

- Kubokda “Neftçi” ilə oyunlarınız var. Qışdan sonra ən yaxşı formada olan komandaya qarşı görüş haqqında nə düşünürsünüz?
- "Neftçi"yə qarşı matç mənim üçün bu ilin tarixi oyunu olacaq. Bu matçı böyük həvəslə gözləyirəm.

- Komandanı necə motivasiya edəcəksiniz?
- Hər sirrimizi də demək olmaz (gülür).

- Son turda da səfərdə "Neftçi" ilə qarşılaşacaqsınız. Çempion olsaz, bunu "Neftçi"nin stadionunda qeyd etmək fərqli hisslər yaşadacaq?
- "Neftçi"ni rəqib meydanında məğlub etmək mənə ən böyük zövq verəcək. Biz bu oyunlarda çox iddialıyıq. Azarkeşlər möhtəşəm "Qarabağ" görəcəklər. Futbolçularım "Neftçi" - "Qarabağ" oyunları ilə bağlı həssaslığımı bilirlər.

- "Neftçi"yə qarşı oyun "Qəbələ" ilə qarşılaşmadan daha önəmlidir?
- Mənim üçün həmişə belə olub. Çünki bu oyun şirlərin savaşıdır.

- "Qarabağ"ın büdcəsində problemlər varmı?
- Xeyr, heç bir problemimiz yoxdur. Büdcəmiz nə böyüyür, nə azalır, stabildi. "Azərsun Holding" böyük fədakarlıq edir. Ancaq Qarabağ adı bizə çox önəmlidir. İndi cəbhədə də savaş var və şəhid xəbərləri də gəlir. Məsuliyyətimizi bilirik və bu günlərdə "Qarabağ"ı yaşatmaq ən önəmli günlərdir. Bunu sponsor da bilir, mən də bilirəm.


oxunma sayı: 350 | Paylaş:





?>