"Niyə də yox?" devizi özünü doğrultdu" - Rövnəq Abdullayev
Paylaş:
AFFA-nın növbəti Hesabat Konfransı start götürüb.
"Boulevard Hotel"də təşkil olunan tədbiri giriş sözü ilə AFFA prezidenti Rövnəq Abdullayev açıb.
O, görülən işlərdən danışıb: "Bu dövr ərzində bir çox layihələr həyata keçirildi. Dünya çempionatının seçmə mərhələsinə "Niyə də yox?" devizi ilə başladıq, bu da özünü doğrultdu. İnanıram ki, millimiz ilk oyunlardakı uğurlu çıxışın ardını gətirəcək. "Qarabağ" və "Qəbələ" növbəti dəfə Avropa Liqasının qrup mərhələsində çıxış etdi: Eləcə də, futzal üzrə Azərbaycan millisi A divizionuna yüksəlib. AFFA-nın baş katibi UEFA-nın İcraiyyə Komitəsinə üzvlüyə namizəd verib. 2019-cu ildə Çempionlar Liqası və Avropa Liqasının finalını Bakıda təşkil etmək istəyirik. Bu finallardan birinin burda keçirilməsinə çalışırıq. Bütün bu işlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində olub. Ən böyük azarkeş cənab prezidentdir".
| Paylaş: