"Bəzən bəxt bizdən üz döndərir" - Roman Qriqorçuk
Paylaş:
Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olaraq liderliyi əldən verən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk matç barədə fikirlərini bildirib.
"CBC Sport"a açıqlamasında o, bunları deyib:
“Gözlədiyimiz kimi çətin oyun oldu. Qol imkanlarımız kifayət qədər idi. Əgər əvvəldə əlimizə düşən imkanlardan istifadə edə bilsəydik, hesabda üstün olacaqdıq. Bu, bizə psixoloji chətdən də pis təsir elədi. Bəzən bəxt bizdən üz döndərir. Dünən heç nədən Ruslan Qurbanovla Rəşad Sadiqovun xidmətindən məhrum olduq. Amma bu da o demək deyil ki, məğlubiyyətimiz üçün əsas səbəbdi. Həmişə əlimizdən gələnin ən yaxşısını etməliyik ki, qalib gələk”
| Paylaş: