"Çelsi" tarixinin ən yaxşı baş məşqçisi mənəm" - Mourinyo
Paylaş:
İngiltərə kubokunun 1/4 final mərhələsində "Çelsi"yə 0:1 uduzaraq mübarizəni dayandıran "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo maraqlı fikirlər səsləndirib.
O, mətbuat konfransında "Çelsi" tarixinin ən yaxşı baş məşqçisi olduğunu deyib:
"Bir peşəkar kimi hazırda rəhbərlik etdiyim komandanı müdafiə edirəm. Azarkeşlərin nə deməsinin əhəmiyyəti yoxdur. Biri "Çelsi" tarixində 4 dəfə Premyer Liqa çempionu olsa, mən 2-ci adam olacam. Bu klubuntarixində ən yaxşı baş məşqçisi mən olmuşam".
| Paylaş: