')

Bu gün:


FutbolPress.Az | Qumara qarşı mübarizə - prokurorluq araşdıracaq

Qumara qarşı mübarizə - prokurorluq araşdıracaq


oxunma sayı: 163 Paylaş:

FutbolPressNazirlər Kabineti "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nda dəyişiklik edib.

Qaydaya əsasən, Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) həyata keçirə bilər.

Dəyişikliyə əsasən, operatorun hüquq və vəzifələri artırılıb. Bundan sonra operator idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda dərhal Gənclər və İdman Nazirliyinə, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat verməlidir.

Azərbaycanda idman mərc oyunlarının operatoru "Topaz"dı.


oxunma sayı: 163 | Paylaş:




?>