')

Bu gün:


FutbolPress.Az | AFFA daha bir türkiyəli futbolçunu milliləşdirir

AFFA daha bir türkiyəli futbolçunu milliləşdirir


oxunma sayı: 492 Paylaş:

FutbolPressAFFA daha bir türkiyəli futbolçunu milliləşdirməyə yaxındı.

Bu, Türkiyənin "Adana Dəmirspor" klubunda çıxış edən Sercan Kayaddı. Hücumameyilli yarımmüdafiəçinin özü "FourFourTwo"ya müsahibəsində bu barədə məlumat verib. 28 yaşlı oyunçunun sözlərinə görə, ona Azərbaycan millisində oynamaq təklif olunub və o, bunu qəbul etməyi düşünür:

"Anamın atası Azərbaycan əsillidir. Bunu hardan öyrəndiklərini bilmirəm. Artıq yığmada oynamaqla bağlı təklif almışam və bunu qəbul etməyimi düşünürəm. Yaxın vaxtlarda məni milliyə dəvət edəcəklər".

Sercan Kaya karyerası ərzində "Bucaspor", "Trabzonspor", "1461 Trabzon" (icarə), "Rizəspor" klublarında da çıxış edib. O, 2008-ci ildə Türkiyənin U-20 millisinə də dəvət alıb.


oxunma sayı: 492 | Paylaş:





?>