"Fövqəladə bir hadisə baş versə..." - Zaur Svanadze
Paylaş:
Azərbaycan Premyer Liqasında 22-ci turun “İnter” - “Sumqayıt” (1:0) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Gürcü mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
"Asan oyun olmadı. İkinci hissə bizim üçün lap çətin keçdi. Hesabda öndə olanda bərabərlik qolunu buraxmaq narahatlığı ilə oynayırsan. Əsas odu ki, qələbə qazandıq. Komandamdan razı qaldım. Üç əsas oyunçuuz yox idi. Buna baxmayaraq, lazımi qələbəni əldə etdik. İndi “Neftçi” ilə qarşıdakı matça hazırlaşacağıq".
- Mövsümün qalan hissəsinə məqsədiniz nə olacaq?
- Əsas məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdı. Əlbəttə ki, fövqəladə bir hadisə olarsa, turnir cədvəlində irəliləyərsək, buna sevinərik.
| Paylaş: