Samir Abasov: "Komandam rəqibə bayram hədiyyəsi etdi"
Paylaş:
Azərbaycan Premyer Liqasında 22-ci turun “İnter” - “Sumqayıt” (1:0) oyunundan sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə matç barədə fikirlərini bildirib:
"İkinci hissədə yaxşı oynadıq. Ən azı heç-heçəyə ümid edirdik. Ancaq alınmadı. “İnter” qalib gəldi deyəndə ki, qolu komandam rəqibə bayram hədiyyəsi etdi. Novruz bayramına hələ bir həftə qalsa da, oyunçular tez hədiyyə etməyə başlayıblar. Qorxduğumuz başımıza gəldi. Bilmirəm komandanın belə oyununun səbəbi nədi. Qarşıda bizi Gəncədə çətin oyun gözləyir. Qorxum rəqibə görə yox, özümüzə görədi. Pis olası bir şey yoxdu. Əsas odu ki, yüksək liqada yerimizi təmin etmişik".
- “Qarabağ”la oyunda 5 müdafiəçiylə oynamışdız, bu gün 4. Dəyişiklik nə ilə bağlı idi?
- “Qarabağ”ın mərkəzində daha güclü oyunçular çıxış etdiyinə görə 3 dayaq yarımmüdafiəçisiylə çıxdıq. Biz “Qarabağ”dan çəkinmirdik. Bu gün öz sistemimizə qayıtdıq. Uşaqlar buna daha çox öyrəşiblər. “İnter” də bu sistemlə oynayır.
| Paylaş: