')

Bu gün:


FutbolPress.Az | "Kəpəz"də 105 günlük həsrətin sonu

"Kəpəz"də 105 günlük həsrətin sonu


oxunma sayı: 175 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 22-ci turunda "Kəpəz" doğma azarkeşləri önündə "Zirə"ni qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

Bu, Gəncə klubunun 13-cü turdan sonrakı ilk 3 xalı olub. Şahin Diniyevin komandası 105 gün idi Premyer Liqada qələbə üzünə həsrət qalmışdı.

"Sarı-göylər" sonuncu 3 xalı ötən ilin 27 noyabrında qalib gəlməyi bacarmışdı. Gəncəlilər həmin vaxt doğma meydanda Bakı "Neftçi"sinə 2:0 hesabı ilə qalib gəlmişdi.

Komanda bu aralıqda keçirilən 8 matçın 5-də məğlub olub, 3 oyunda isə 1 xalla kifayətlənib.


oxunma sayı: 175 | Paylaş:




?>