')

Bu gün:


FutbolPress.Az | Prosineçki Qətərlə oyun barədə nə zaman danışacaq? (AÇIQLAMA)

Prosineçki Qətərlə oyun barədə nə zaman danışacaq? (AÇIQLAMA)


oxunma sayı: 360 Paylaş:

FutbolPressSon vaxtlar Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkiyə veriləcək suallar çoxdu. Bunlar xüsusilə xorvatiyalı çalışdırıcının yığmaya oyunçu seçiminin müzakirələrə səbəb olması və millinin son yoldaşlıq oyunu - Qətərlə matçla bağlıdı.

Üstündən bir neçə gün keçməsinə baxmayaraq, baş məşqinin həmin oyun barədə nə düşündüyü məlum deyil.

Prosineçkinin mətbuat konfransının keçirilməsinə nə mane olur? Yoxsa ümumiyyətlə, ehtiyac duyulmur?

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “FutbolPress”ə açıqlamasında baş məşqçinin mətbuat konfransının təşkil ediləcəyini bildirdi:

“Bu, planımızda var. Ayın 14-ü, ya da 15-ə düşünürdük. Amma akkreditasiya məsələlərini nəzərə alıb, 15-nin daha məqsədəuyğun olduğunu fikirləşdik. Çünki həmin gün AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək. Mətbuat nümayəndələri də orda olacaq. Konfransdan dərhal sonra isə Prosineçki onların suallarını cavablandıracaq”.

Qətər - Azərbaycan yoldaşlıq görüşü martın 9-da Dohada keçirilib və millimizin 2:1 hesablı qələbəsiylə başa çatıb.



oxunma sayı: 360 | Paylaş:




?>