')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" "Zirə" önünə itkilərlə çıxır

"Kəpəz" "Zirə" önünə itkilərlə çıxır


oxunma sayı: 84 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start veriləcək. XXII tur Gəncədə keçiriləcək oyunla başlayacaq. “Kəpəz” doğma divarlar arasında “Zirə”ni qəbul edəcək.

Bu oyunla bağlı hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” dünən Nizami yurduna gedib və qarşılaşmanın baş tutacağı arenada son məşqinə çıxıb. Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb.

Qarşıdakı matç öncəsi “Kəpəz”in heyətində bir zədəli futbolçu var. Söhbət Tural Qürbətovdan gedir. Məşqdə zədələnən hücumçu "Zirə" il oyunu buraxacaq.

Komandanın heyətində digər itki cəzalı olan Nicat Qurbanovdur. Bu ikilidən başqa bütün oyunçular görüşə hazırdırlar.
 


oxunma sayı: 84 | Paylaş:




?>