')

Bu gün:


FutbolPress.Az | “Mil-Muğan”ın məşqçisi: “Premyer Liqaya hazırlaşırıq” (MÜSAHİBƏ)

“Mil-Muğan”ın məşqçisi: “Premyer Liqaya hazırlaşırıq” (MÜSAHİBƏ)


oxunma sayı: 1032 Paylaş:

FutbolPress"Mil-Muğan"ın U-14 komandasının baş məşqçisi Ruhid Usubovun "FutbolPress"ə müsahibəsi

- Özün İmişli futbolunun yetirməsisən. Bir vaxtlar “MKT-Araz”da, “İnter”də, “Simurq”da oynamısan. Yenidən İmişlidəsən. İstərdim burdan getməyini, karyeranı, yenidən bura qayıtmağını təsvir edəsən...

- 2008-ci ildə I Divizionun bombardiri olub diqqət mərkəzinə düşdüm. Valentin Xodukin məni “İnter”ə dəvət etdi. Əvvəlcə yaxşı oynasam da, Sxadadzenin dövründə əsasən əvəzedicilərin heyətində olurdum. Sonra MOİK-ə keçdim ki, formamı bərpa edib, diqqət mərkəzinə düşüm. Yadımdadı, “Simurq”la hər iki oyunda qol vurmuşdum. Bu, onların diqqətini cəlb etdi və Sergey Yuranın vaxtında “Simurq”a keçdim. Hər şeyi açıq demək də olmur, müəyyən səbəblərə görə son anda “Simurq”dan ayrılmalı oldum. “Qaradağ Lökbatan”da 2 il oynayandan sonra da İmişliyə qayıtdım. 3 il də burda oynadım. Hazırda “Mil-Muğan”ın U-14 komandasının baş məşqçisiyəm.

- Bir vaxtlar İmişli futbolu “MKT-Araz”la ölkə futboluna səs almışdı. İndi vəziyyət necədi, “Mil-Muğan” Premyer Liqaya hazırdımı?
- Özünüz görürsüz, hər cür şərait var burda. Amma istər-istəməz paytaxt Bakı ilə bölgələr arasında fərq böyükdü. Əsas problem valideynlərlə bağlıdı. Çoxu istəyir ki, övladı ancaq oxusun, futbola, idmana qoymurlar, bizə də problem yaradırlar. Amma çalışırıq ki, istedadlı uşaqları tapaq, onlar gələcəkdə milli komandada, Avropa klublarında oynasınlar. Komandanın indiki vəziyyətinə gəlincə, inşallah Premyer Liqaya hazırlaşırıq. İnanırıq ki, hər şey yaxşı olacaq.

- “Mil-Muğan”ın əsas heyətində İmişlidən neçə futbolçu oynayır?
- Hardasa 7-8 oyunçumuz var.

- U-14 komandasında iddialı uşaqlar varmı?
- İnandırım sizi, məndə 5-6 uşaq var ki, onlar 1 ildən sonra milli komandada oynayacaqlar. U-14 liqasında 2 oyunçumuz bombardirdi. Biri 26, o biri 24 qol vurub.

- AFFA-nın seleksionerlərindən, digər iddialı klublardan gəlib uşaqlarla maraqlanan olubmu?
- AFFA-nın nümayəndəsi demək olar ki, hər oyun gəlir. Mən ona tapşırmışam ki, bu uşaqlara diqqət elə və yuxarılara məlumat ver ki, İmişlidə belə oyunçular yetişir. Bilirsiz, biz kommersiya şirkəti deyilik ki, gəlib ancaq pul qazanaq, gedək. Yox, işimiz futbolçu yetişdirməkdi. Məni əsas narahat edən regionlarda klub sayının az olmasıdı. Çoxu UGİM-lərdi (Uşaq Gnclər İdman Məktəbi - red.). Onlar da həddən artıq zəifdilər. Nə qədər olar 8:0, 10:0?! Uşaqlar güclü rəqiblərlə oynamalıdılar ki, inkişaf eləsinlər. Məni narahat eləyən bir dənə budu.

- Yəni uşaq futbolu çempionatları salınsın...
- Bəli. Mən çox istəyərəm ki, klubların sayı artırılsın. Bu zonada bir Saatlının, bir də Cəbrayılın komandası bizimlə rəqabətə girə bilir. Qalanların heç biri mübarizə aparmaq gücündə deyil.

- Uşaqların gəlib məşq etməsi üçün, ümumi onlara yaradılan şərait baxımından vəziyyət necədi?
- Bu baxımdan bir problemimiz yoxdur. Sağ olsun Mirheydər Səfiyev bizimçün hər bir şəraiti yaradıb. Meydança, avadanlıq baxımından heç bir çətinliyimiz yoxdur.

- Neçə müddətdi burdasan və gələcək planların?
- 6 aydı gəlmişəm. Kateqoriyanı da yenicə almışam. Görək qismətdə nədirsə, o da olacaq.


oxunma sayı: 1032 | Paylaş:




?>