')

Bu gün:


FutbolPress.Az | Milli Dünya Kubokuna 12 güləşçi ilə gedir

Milli Dünya Kubokuna 12 güləşçi ilə gedir


oxunma sayı: 246 Paylaş:

FutbolPressMartın 16-da İranın Abadan şəhərində start götürəcək yunan-Roma güləşi üzrə Dünya Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Yığmanın baş məşqçisi Akif Əliyev, böyük məşqçi İlqar Abdulov və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında qonşu ölkəyə 12 güləşçi yollanacaq.

Azərbaycanı Rövşən Bayramov, Taleh Məmmədov (hər ikisi 59 kq), Kamran Məmmədov, Nofəl Babayev (hər ikisi 66 kq), Rəsul Çunayev, Həsən Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq), Sabah Şəriəti və Oyan Nəzəriani (hər ikisi 130 kq) təmsil edəcək.

Bundan başqa beynəlxalq dərəcəli hakim Qərib Əliyev görüşləri idarə edəcək.



oxunma sayı: 246 | Paylaş:




?>