Estoniya millisinin üzvü Azərbaycan Premyer Liqasında?
Paylaş:
Qış fasiləsi zamanı karyerasını Azərbaycanda davam etdirmək variantı yaranmış "Yagelloniya"nın futbolçusu Kanstantin Vasilyev komandanı tərk edəbilər. Bu barədə Polşa mətbuatı məlumat yayıb.
Bildirilir ki, təcrübəli futbolçu "Yagelloniya”" ilə yeni müqavilə barəndə razılığa gələ bilməyib. Onun hazırkı sözləşməsi yayda başa çatacaq. Futbolçu komandadan uzunmüddəti müqavilə istəsə də, klub yalnız 1 illik müqavilə təklif edir.
Hazırda "Yagelloniya" çətin vəziyyətdə qalıb. Yaşlı oyunçu ilə uzunmüddətli müqavilə bağlamaq istəməyən Belostok təmsilçisi əsas heyət üzvünü əldən buraxmaq da istəmir.
Bu isə futbolçunun yenidən Azərbaycana gəlmək ehtimalını artırıb. Polyaklar futbolçunun Azərbaycan və Qazaxıstan klublarının maraq dairəsində olduğunu xəbər verirlər. Qış fasiləsi zamanı da hücumameyilli yarımmüdafiəçinin adı "Neftçi" ilə birgə hallansa da, "Yagelloniya" oyunçusunu Azərbaycana buraxmamışdı.
Vasilyev 2015-ci ildən "Yagelloniya"nın formasını geyinir. Estoniya yığmasına da cəlb edilən futbolçu millidə 93 oyun keçirib və 22 qol vurub.
| Paylaş: