')

Bu gün:


FutbolPress.Az | AFFA "Qəbələ" rəsmiləri ilə bağlı son qərarını verdi

AFFA "Qəbələ" rəsmiləri ilə bağlı son qərarını verdi


oxunma sayı: 192 Paylaş:

FutbolPressBu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Aparılmış müzakirələrdən İntizam Koomitəsinin "Kəpəz" - "Qəbələ" oyununda baş verənlərlə bağlı qərarlarından "Qəbələ"nin verdiyi apelyassiya şikayəti ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Klubun rəsmi şəxsləri Zaur Əzizov, Səbuhi Səfiyarlı (hər ikisi 5 oyun), Səməd Nəsibov (10 oyun) və Səbuhi Qarayev (20 oyun) barəsində çıxarılan qərar qüvvədə saxlanılıb. 

Nika Kvekveskiri barədə verilən qərar qismən dəyişdirilib. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, futbolçu verilmiş 3 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad edilib. 6 aylıq sınaq müddəti ərzində futbolçu Nika Kvekveskiri analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq. 

“Qəbələ”in həkimi Namiq Hüseynov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi 02 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilib. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, həkim verilmiş 5 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunub. 6 aylıq sınaq müddəti ərzində o, analoji hərəkətlərə yol verəcəyi təqdirdə, təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə ediləcək.    

AFFA-nın Hakim-İnspektorlar Komitəsinə bu oyunun təşkili zamanı baş vermiş pozuntu hallarının araşdırılması barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına dərhal məlumat verməsi tapşırılıb.


oxunma sayı: 192 | Paylaş:





?>