')

Bu gün:


FutbolPress.Az | Azərbaycan taekvondoçuları Hollandiyaya gedir

Azərbaycan taekvondoçuları Hollandiyaya gedir


oxunma sayı: 237 Paylaş:

FutbolPressAzərbaycanın taekvondo üzrə böyüklərdən və gənclərdən ibarət yığma komandaları martın 11-də Hollandiyanın Eyndhoven şəhərində start götürəcək “Dutch Open” beynəlxalq turnirində iştirak edəcəklər. Sayca 44-cü olan yarış iki gün davam edəcək.

Böyüklərdən ibarət yığmanın heyətində 18 idmançı - kişilərdən Qaşım Maqomedov (54 kq), Mikayıl Əliyev (54 kq), Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev (63 kq), Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə (68 kq), Sina Bahrami (68 kq), Əliəsgər Əliyev (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Payam Qobadi Oğaz (87 kq), Radik İsayev (+87 kq), qadınlardan Panis Esmaeilpour (46 kq), Patimat Abakarova (53 kq), Gülhanım Yeşildal (53 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) yer alıb.

Gənclərdən ibarət yığma isə Xanoğlan Kərimov (45 kq), Bəhruz Quluzadə (48 kq), Ayaz Qənbərli (51 kq), Samir Məhərrəmov (55 kq), Ruslan Seyidov (55 kq), Cavad Ağayev (63 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qəndərli (44 kq), Sevda Pirseyidova (46 kq) və Zalikə Babayevadan (49 kq) təşkil olunub.
Qeyd edək ki, hər iki komanda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Eyndhovenə yollanıb. 


oxunma sayı: 237 | Paylaş:




?>