"Turan Tovuz"da problem: 5 futbolçusu xəstəxanalıq oldu (FOTOLAR)
Paylaş:
"Səbail"lə oyunöncəsi "Turan Tovuz" problemlə üzləşib. Qərb təmsilçisinin bir neçə futbolçusu zəhərlənib.
Bu barədə klubun feysbuk səhifəsində məlumat verilib. Bildirilib ki, dünən gecə əsas komandanın 5 futbolçusu qida zəhərlənməsi səbəbindən Tovuz Rayon Təcili Tibbi Yardım Şöbəsinə qəbul olunub. Müalicələri sona çatan futbolçular evə buraxılıb.
Amma onlardan bir neçəsinin müalicəsi hələ də Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsində davam etdirilir.
Komanda üzvlərinin oyun saatına kimi tam sağalması sual altında olduğundan "Turan Tovuz" həm PFL, həm də "Səbail" klubundan oyunun vaxtının 2 gün sonraya, yəni 11 mart 2017-ci il tarixə dəyişdirilməsini xahiş etsə də, bu nəzərə alınmayıb. Matç əvvəlkitək martın 9-da keçiriləcək.
| Paylaş: