AFFA Orxan Məmmədovun səhvini etiraf etdi
Paylaş:
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Toplantıda Premyer Liqanın 21-ci turunun “Kəpəz” – AZAL matçında baş verən və baş hakim Orxan Məmmədovun reaksiya vermədiyi epizoda qiymət verilib.
matçın video yazısı izləndikdən sonra baş hakimin səhvə yol verdiyi məlum olub. AZAL futbolçusu Alamadine Omeqa Roberts rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyun cəzalandırılması barədə qərar qəbul edilib. Klub isə 2400 manat cərimələnib.
Əlavə olaraq, AFFA Hakimlər Komitəsinə Orxan Məmmədov haqqında lazımi ölçü götürülməsi tapşırılıb.
Qeyd edək ki, "Kəpəz" - AZAL oyununun 64-cü dəqiqəsində qonaq komandanın futbolçusu Omeqa Roberts rəqib oyunçu Julien Ebaha qarşı açıq-aşkar ayaq zərbəsi endirib. Orxan Məmmədov isə gözü qarşısında baş verən hadisəyə reaksiya göstərməyib.
| Paylaş: