')

Bu gün:


FutbolPress.Az | "Zirə" üçün yubiley qələbə

"Zirə" üçün yubiley qələbə


oxunma sayı: 85 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXI turunun “Neftçi” – “Zirə” qarşılaşması qonaqlar üçün yubileylə əlamətdar olub.

2:1 hesabı ilə əzmkar qələbə qazanan Ayxan Abbasovun yetirmələri Azərbaycan çempionatının yüksək dəstəsində 25-ci qələbəsini bayram edib.

Premyer Liqada ötən mövsüm debüt edən zirəlilər 17 dəfə qalib gəlmişdisə, cari çempionatda daha 8 dəfə sevinib. “Bakcell Arena”da qazanılan 25-ci uğuru 57-ci oyununda əldə edən qəsəbə təmsilçisi 16 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. Bu müddətdə zirəlilər 62 top vurub və 53-nü buraxıb.

“Zirə” ölkə çempionatlarında 25 və daha çox qələbə qazanan 32-ci komanda olub.


oxunma sayı: 85 | Paylaş:




?>