')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"a oyun verənə Allah lənət eləsin!" - Ayxan Abbasov

"Qarabağ"a oyun verənə Allah lənət eləsin!" - Ayxan Abbasov


oxunma sayı: 646 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 21-ci turun “Neftçi” - “Zirə” (1:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Abbasov öncə oyunla bağlı fikirlərini bildirib.

"Belə gərgin oyundan sonra danışmaq çətindi. Rəqib qış fasiləsindən sonra yaxşı oyun sərgiləyir. Oyuna ciddi hazırlaşmışdıq. Bu komanda zəif oynayanda da qələbə qazanır. Qış fasiləsindən sonra onlar da, biz də 11 xal toplamışdıq. Turnir cədvəlində də bizə yaxın idilər. Düzdü, heç-heçə də sərf edirdi. Ancaq qələbə qazanmağımız daha yaxşı oldu. Xüsusilə, məğlub durumdan qələbə qazanmağımız daha sevindiricidir. Elxan müəllim yaxşı komanda yaradıb. Onlara gələn oyunlarda uğurlar arzulayıram".

- Demək olar ki, “Zirə” 4-cü yeri təmin edib?
- 3 xallıq sistemdə dəqiq bir şey demək olmaz. III dövrədə 14 xal topladıq. IV dövrədə də bu cür oynasaq, istəyimizə nail ola bilərik. Ancaq bu, futboldu, dəqiq heç nə demək olmaz.

- Millinin oyunlarıyla bağlı yaranan fasiləni necə dəyərləndirəcəksiz?
- 5 futbolçumuz millilərin düşərgəsində olacaq. Növbəti oyunumuz Gəncədə “Kəpəz”ə qarşıdı. Həmişəki kimi hazırlaşacağıq. Ancaq bizim üçün çətin olacaq. Bütün komandaların son şansıdı. Hətta sonuncu yerdə gedən komandayla oynayanda da var gücünü qoymalısan ki, qalib gələsən.

- Nurlan Novruzovla Murad Səttarlının “18-lik”də olmaması nə ilə bağlı idi?
- Bu, sadəcə rəqabətlə bağlıdı. Komandada güclü rəqabət var. Buna görə, kiminsə kənarda qalması normaldı.

- “Neftçi”nin kubokda mübarizəni davam etdirməsi sizi narahat etmir ki?
- Düzdü, “Neftçi”nin kubokda mübarizəni davam etdirməsi onlar tərəfdən üstünlükdü. Ancaq biz öz işimizi görürük. Sonu necə olacaq, mövsümün sonunda biləcəyik.

- Bir qədər aqressiv görünürdüz...
- Komandanın oyunundan razı qalsam da, bəzi epizodlar narazılıq yaratdı. Məsələn, oyunçulara etiraz etdiyim epizoddan bir qədər sonra qol buraxdıq. Məşqçi bu cür şeyləri əvvəlcədən hiss edir. O ki qaldı azarkeşlərə, düzdü azarkeşlər həmişə haqlıdı. Ancaq onların nalayiq ifadə işlətməsi xoş deyil. Onların guya “Qarabağ”la yaxınlığımızla bağlı atmacalar atırdı. Bu məsələdən bezmişəm. “Qarabağ”a oyun verənə də Allah lənət eləsin!. Artıq bu mövzunu bağlayaq. Pisdi “Zirə” kimi komandanın olması? Onsuz da komanda azdı. Sponsorlar “Zirə”ni atsa, sevinəcəklər?

- Düşünmürsüz ki, bu söz-söhbətlərin bitməsi üçün 4-cü dövrədə “Zirə” “Qarabağ”ı məğlub etməlidi?
- Bu, futboldu. Düzdü, oyunçular “Qarabağ”dan qorxurlar. Bununla razıyam. Ancaq bu, təkcə bizə aid deyil.

- Başqa oyunlarda da bu cür atmacalar olur?
- Belə olmurdu. Birinci dəfədi bu cür sözlərlə rastlaşıram.

- Oyunçuların “Qarabağ”dan qorxduğunu dediz. Bəs komanda avrokuboklara vəsiqə qazansa, orda necə olacaq?
- “Qarabağ” bu gün ölkənin ən güclü komandalarındandı. Biz “Qarabağ”, “Qəbələ” kimi komandalardan geri qalırıq. Ancaq bu demək deyil ki, onlara tam təslim oluruq. Yenə deyirəm, o komandayla bizim aramızda heç bir yaxınlıq yoxdu. Dostluq, qardaşlıq başqa şeydi. Lakin bu söz-söhbətlərin heç bir əsas yoxdu.

- Kamal Bayramovun oyunu belə deməyə əsasə verir ki, Anar Nəzirov əsas heyətdən kənarda qalacaq?
- Anar qırmızı vərəqəylə bağlı əvvəlki oyunlarda kənarda qalmışdı. Komandada iki yaxşı qapıçının olması sevindiricidi. Bu gün Kamalın yaxşı oyunu o demək deyil ki, Anar oynamayacaq.


oxunma sayı: 646 | Paylaş:




?>