')

Bu gün:


FutbolPress.Az | "Martın 10-dək "İnter"də maaşlar ödənəcək"

"Martın 10-dək "İnter"də maaşlar ödənəcək"


oxunma sayı: 255 Paylaş:

FutbolPressAzərbaycan Premyer iqasında XXI turun “İnter” – “Qəbələ” (0:2) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Zaur Svanadze mətbuat konfransında jurnalitlərin suallarını cavablandırıb.

Gürcüstanlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

“Komanda bir qədər yorğun görünürdü. Birinci hissədə heç nə ilə yadda qalmadıq. İkinci hissəyə yaxşı başlasaq da, qol buraxdıq. “Qəbələ” çox güclü rəqibdir. Gələcək oyunlara köklənəcəyik”.

- Samir Zərgərovla Pərdis Fərcad-Azad meydana çıxana qədər müdafiədə yaxşı oynayırdız. Amma sonradan boşluqlar yaranmağa başladı. Bu taktiki dəyişikliyin nəticəyə təsiri olduğunu demək olarmı?
- Samirlə Pərdisin meydana daxil olması ilə Nizami və Mirsahibi əvəzlədik. Bu hansısa taktiki dəyişikliyə gətirib çıxarmadı. Hər iki futbolçunun qol vurmaq imkanı da oldu. Sadəcə müdafiədə səhvə yol verdik və qollar buraxdıq.

- Komandanın turnir cədvəlindəki mövqeyinin möhkəm olması oyuna köklənmədə problem yaratmır ki?
- Təbii ki, rahatlaşmırıq. 4-cü pillədəki rəqiblə xal fərqimiz o qədər də çox deyil. İnanmıram ki, komanda bu fərqdən rahatlaşsın və oyunlara köklənə bilməsin.

- Bu gün ötən turda “Qarabağ”a qarşı oyundakı istəyi görmədik komandanızda. Bunun səbəbi nə idi?
- Oyunçularımızın əksəriyyəti gənclərdi. Biz məcburuq ki, onları oynadaq. Ehtiyat qüvvəmiz geniş deyil. Fasilədən sonra da üç gündən bir oyunumuz olacaq. Bu da komandada yorğunluq yaradır.

- Komandanın maaşları barədə deyilmişdi ki, martın 10-dək ödənəcək. Yeni bir xəbər varmı?
- Bəli, dünən də deyiblər ki, martın 10-dək maaşlar veriləcək.


oxunma sayı: 255 | Paylaş:




?>