')

Bu gün:


FutbolPress.Az | "Bu amil komandada bir az narahatlıq yarada bilərdi" - Roman Qriqorçuk

"Bu amil komandada bir az narahatlıq yarada bilərdi" - Roman Qriqorçuk


oxunma sayı: 359 Paylaş:

FutbolPressAzərbaycan Premyer iqasında XXI turun “İnter” – “Qəbələ” (0:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalitlərin suallarını cavablandırıb.


Oyun haqqında fikirləriniz...
- Əsas olan nəticədir və biz bunu əldə edə bildik. İlk hissənin əvəzində gərginlik müşahidə olunurdu. Bu da tələskənlik yaratmışdı. Amma sonradan oyunu düzəltməyi bacardıq.

Tələskənlik “Sumqayıt” – “Qarabağ” (0:4) oyununun nəticəsinə görə idimi?
- Belə düşünmürəm. Amma bəlkə də “Qarabağ”ın qələbəsi də səbəblərdən biri idi. Bu amil komandada bir az narahatlıq yarada bilərdi. Amma ikinci hissədə bunu aradan qaldırmağı bacardılar.

Gələcəkdə Dabo – Subotiç tandemini start heyətində görə bilərikmi? Görünən odur ki, yaxşı anlaşırlar....
- Onların ikisini eyni vaxtda əvvəllər də görə bilərdik. Dabonun zədəsi buna mane olurdu. O, zədəsini sağaltsa da, bir qədər narahatlığı var idi. Bu baxımdan imkan olmurdu. Amma son zamanlar məşqlərdə də yaxşı təsir bağışlayır. Buna görə də daha çox oynamaq imkanı qazanır.

Rasim Ramaldanovun vəziyyəti nə yerdədir?
- Dəqiq bir şey deyə bilməyəcəm. Ola bilsin ki, bir qədər sınıq var idi. Hər halda belə görünürdü.

Millinin oyunun ilə əlaqəli yaranan fasilədən necə istifadə etməyi düşünürsüz?
- Elə də böyük fasilə deyil. Növbəti oyun martın 14-dədir. Sadəcə məşqlərimiz daha çox olacaq. Millinin düşərgəsinə gedən oyunçular da var. Yaranacaq fasilə ilə bağlı xüsusi bir şey fikirləşməmişik.

Komandanızda bəzi futbolçular milli komandaya dəvət alıb. Bu sizə hazırlıq baxımından necə təsir edəcək?
- Oyunçların milliyə getməsini başa düşürük. Bu bizə o baxımdan çətinlik yaradacaq ki, komanda ilə bir yerdə məşq edə bilməyəcəklər. Fəxr edirik ki, oyunçularımız milliyə dəvət alırlar.


oxunma sayı: 359 | Paylaş:




?>