')

Bu gün:


FutbolPress.Az | Samir Abasov: "Qolları "Qarabağ" vurmadı, biz şərait yaratdıq"

Samir Abasov: "Qolları "Qarabağ" vurmadı, biz şərait yaratdıq"


oxunma sayı: 303 Paylaş:

FutbolPress"Bu oyun özümüzə bir cavab oldu ki, ancaq arzuların arxasındayıq. Real olan bir şey var ki, bizim düşündüyümüzə çatmağımız üçün illər lazımdı. Həm çempionatda tutacağımız yer, həm də avrokuboklar... Bu gün biz avrokuboklarda oynamış bir komandaya qarşı mübarizə apardıq. Hansı yerlərdə səhvlər etdik və s. Bu səbəbdən hələ arzuların reallaşmasına çox var. Elə epziodlar var idi ki, bizi susmağa vadar etdi. Oyun ərzində Fərhad və Vurğunu çxımaq şərtiylə digər futbolçuların verdiyi qərarlar həyəcandan yaranırdı. Biz avrokuboklar bağlı düşünə bilmərik, buna hazır deyilik". Bu sözləri “Sumqayıt"ın baş məşqçisi Samir Abbasov deyib.

Premyer Liqanın XXI turunda "Qarabağ"la oyundan (0:4) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Dörd müdafiəçi ilə oynadınız...
- İstədik ki, mərkəzi güclü edək. Birinci qol istisna olmaqla digər qolları rəqib vurmadı, biz şərait yaratdıq. Fakt oynadığımız oyun futbolçuların həyəcanı idi. Sanki qorxurdular. Sistem dəyişdik, ikibaşlı oyun oynadıq, Bəhlula böyük iş düşürdü. Ancaq öhtəsindən gəlmədi. Mən çəkinmidim, daha yaxşı oynayacağımıza inanırdım. Ancaq meydanda oynayan futbolçulardı. Səhvləri müdafiəçilər edir.

- Sanki bu mövsüm “Sumqayıt”da “Qarabağ” qorxusu var. Bu nədən irəli gəlir?
- “Qarabağ”dan zərrə qədər çəkinmirəm. Digər oyunları qoyaq bir qırağa. Əsas bu matç idi. Elə ötürmələr, elə səhvlər edirik ki, deyiləcək söz yoxdu. “Qəbələ”nin də bizi burda 4:0 udması da mümkündü. (Korner.az)


oxunma sayı: 303 | Paylaş:




?>