')

Bu gün:


FutbolPress.Az | "Belə müzakirələr azarkeşlərin futbola marağını azaldır" - Qurban Qurbanov

"Belə müzakirələr azarkeşlərin futbola marağını azaldır" - Qurban Qurbanov


oxunma sayı: 312 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XXI turunda “Qarabağ” səfərdə “Sumqayıt”ı böyükhesabla (0:4) məğlub edib. 

Oyundan sonra baş tutan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:

“Sumqayıt” azarkeşlərinə təşəkkür edirəm, komandamzı çox yaxşı qarşıladılar. Uzaq yol gəldikləri üçün öz azarkeşlərimizə də təşəkkür edirəm. Oyuna gəlincə, komandamızın üzərində təzyiqlər var idi. Niyə problemimiz var idi, bunu çox yaxşı bilirəm. Böyükhesabla qələbə qazansaq da, üzərimizdəki təzyiq meydanda hiss olunurdu. Ümid edirəm ki, bundan sonra səhvlər etməyəcəyik. Futbolçularıma 1-2 gün istirahət verəcəm ki, ailələrinin yanında olsunlar. Milliyə gedən futbolçulara da uğurlar arzu edirəm”.

-Miçel oyunun əvvəllərində meydanda rəqib futbolçular və komanda yoldaşları ilə çox söz-söhbət edirdi. Bu, nə ilə bağlı idi?
-Miçel məğlub olmağı bacarmayan futbolçudu. Belə bir hal olanda istər-istəməz gərginlik olur, normal haldır. Düzdü, belə futbolçulardan çox xoşum gəlir, amma bunun da həddi var.

- “Sumqayıt”ın qapısına təyin olunan penalti epizodu ilə bağlı nə deyə bilərsiniz?
- Hər dəfə fikir bildirəndə düzgün olmur. Əgər hər bir epizoda fikir bildirəcəyiksə...Bu haqda danışmaq istəmirəm. Son vaxtlar hakimin qərarına fikir bildirmək dəbdədir. Məncə, müzakirələr heç kimə fayda vermir. Belə fikir bildirməklə bəlkə də, azarkeşlərin futbola sevgisini azaldırıq.

- Millinin toplanışında 10 futbolçunuz iştirak edəcək. Bu, sizin üçün problem olmayacaq?
-Açığı, əvvəlcədən razılıq olmuşdu. Antalya toplanışı zamanı millinin məşqçiləri ilə müzakirəmiz olmuşdu. Bu, tək bizim üçün deyil, bütün komandalara aiddir. Mən həmişə demişəm ki, fiziki cəhətdən heç bir futbolçudan narazı deyiləm. Amma belə məqamlara komanda bir yerdə olmalıdır. Sadəcə, bir yerdə ola bilməməyimizdən narahatam. Məncə, çox təsiri olmayacaq.

- Sizcə, Şahruddin Məhəmmədəliyev və Arif Daşdəmirov millidə oynamağa layiqdirlər?
-Bu, mənə aid olmayan sualdır. Mən futbolçularımı hazır sayıram. Arif son oyunlarda oynamır. Amma bu o demək deyil ki, milliyə layiq deyil. Yenə deyirəm, bu fikirlər futbolçuda mənfi motivasiya verə bilər. (Korner.az)


oxunma sayı: 312 | Paylaş:




?>