')

Bu gün:


FutbolPress.Az | Mikayıl Nərimanoğlu: “Məndən şübhələnmələri əsassızdır” (AÇIQLAMA)

Mikayıl Nərimanoğlu: “Məndən şübhələnmələri əsassızdır” (AÇIQLAMA)


oxunma sayı: 621 Paylaş:

FutbolPressXəbər verdiyimiz kimi, Premyer Liqanın 20-ci turunun “Kəpəz” – “Qəbələ” oyununun fasiləsində baş verənlər qonaq komandaya baha başa gəldi.

Klub rəsmiləri - Zaur Əzizov və Səbuhi Səfiyarlı 5, Səməd Nəsibov 10, Səbuhi Qarayev 20 oyun və klubun həkimi Namiq Hüseynov 5 oyun cəzalandırıldı. Üstəlik klub 38 400 manat cərimələndi.

“Qəbələ” rəsmiləri cəzalar açıqlandıqdan sonra bunu ciddi etirazla qarşıladılar. Klubun baş meneceri Zaur Əzizov “FutbolPress”ə açıqlamasında verilən qərarların həddən artıq sərt olduğunu və matçın protokoluna əslində orda baş verməyən şeylərin daxil edildiyini bildirdi. Zaur bəyin açıqlamasında bir məqam isə xüsusilə maraq doğurdu.
 
“İstəmirəm, birbaşa hakimləri ittiham edim. AFFA nümayəndəsi və ya hakim-inspektorun da fikirləri önəmli ola bilər. Bu məsələnin şişirdilməsində maraqlı şəxsi mən Gəncədə görürdüm. Çox adi şeylərdə ortalığı qarışdırmağa çalışırdı”.
 
Klub rəsmisi ad açıqlamasa da, futbol ictimaiyyətində və sosial şəbəkələrdə belə bir fikir formalaşdı ki, söhbət AFFA-nın “Kəpəz”dəki nümayəndəsi və klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğludan gedir.
 
Bu şübhələrlə bağlı Mikayıl bəylə ilə əlaqə saxladıq. O bildirdi ki, protokolda yazılanlara heç bir müdaxiləsi olmayıb, əksinə aranı sakitləşdirməyə çalışıb, hətta “Qəbələ” rəsmiləri ilə bağlı cinayət işinin açılmasına mane olub:

“Şübhələr tamamilə əsassızdır. Mən AFFA rəsmisi kimi “Kəpəz”də Müşahidə Şurasının üzvüyəm. Hakim-inspektorun, AFFA nümayəndəsinin oyunun protokoluna nəsə artıq bir şey yazmasına heç bir cəhd etməmişəm. Həmçinin, aranı qızışdıracaq hər hansı hərəkətim olmayıb. Əksinə, orda cəzalandırılan dörd “Qəbələ” rəsmisi polis tərəfindən aparılırdı və mən onlara görə xahiş etmişəm ki, buraxılsınlar. Yalnız mənim müdaxiləmdən və xahişimdən sonra həmin şəxslər buraxılıb. Sonra mən onları gətirmişəm xüsusi ayrılmış yerə və polisə tapşırmışam ki, təhlükəsizliyi daha diqqətlə təmin etsinlər. Hətta oyundan sonra Səbuhi Səfiyarlı şəxsən özü mənə təşəkkür də edib ki, sağ olun, polisə getmədik, uzanmadı məsələ. Çünki orda cinayət işi də açıla bilərdi. “Kəpəz” rəsmisi olaraq mən buna mane olmuşam. Necə ola bilər ki, hansısa qərara və ya protokola yazılana təsir edim? Kimlər belə düşünürsə, yanılırlar. Bu, heç biri həqiqəti əks etdirmir”.


oxunma sayı: 621 | Paylaş:




?>