')

Bu gün:


FutbolPress.Az | Cüdo Federasiyasının mütəxəssisləri Naxçıvanda

Cüdo Federasiyasının mütəxəssisləri Naxçıvanda


oxunma sayı: 198 Paylaş:

FutbolPressAzərbaycan Cüdo federasiyasının təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında məşqçilər və idmançılar üçün seminar keçirilib.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan seminara Muxtar Respublikanın perespektivli cüdoçuları və məşqçi müəllimlər qatılıblar.

Azərbaycan Cüdo Federasiyasının baş katibin müavini Sahib İsmayılov, "Regionlarda cüdonun inkişafı" sektorunun müdiri Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prossesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğu izah edilib. Mәşqçilәri maraqlandıran suallar cavablandırılıb. Sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli bu ilin yanvar ayında Beynəlxalq Cüdo Federasiyasının Bakıda qəbul etdiyi yeni qaydaları iştirakçılara nəzəri və praktiki olaraq izah edib.

Artıq ənənə halını almış və bütün bölgələrdə keçirilən seminarlarda əsas məqsəd Azərbaycanda cüdonun daha da inkişaf etdirilməsi və beynəlxalq standartlara uyğun olmasıdır.


oxunma sayı: 198 | Paylaş:




?>