FIFA Ukrayna millisinin üzvünü Azərbaycana göndərir?
Paylaş:
FIFA Ukrayna millisinin futbolçusu Roman Zozulyaya bir mövsüm ərzində 4-cü dəfə klub dəyişməyə icazə verib. Bu barədə "Marca" məlumat yayıb.
Bildirilir bir futbolçunun eyni mövsümdə maksimum 3 klubda oynamasına icazə verilsə də, Zozulyaya güzəşt edilə bilər.
Məsələ bundadı ki, Roman keçən ilin yayında "Dnepr"dən azad kimi "Betis"ə keçib. Ancaq orada möhkəmlənə hücumçu "Rayo Valekano"ya icarəyə verilib. Başıbəlalı Zozulyanın Madrid klubunda da işləri yolunda getməyib. O, bu dəfə də azarkeşlərlə problem yaşayıb.
Roman həm özünün, həm də ailəsinin təhlükəsizliyinə görə Madridə qayıtmaqdan imtina edib.
FIFA Zozulyaya 2017-ci ildə start götürən çempionatlarda oynamaq icazəsi verib. Bunların arasında Çin, Qazaxıstan və Azərbaycanın adı qeyd olunub.
Ancaq Azərbaycanda 2017-ci ildə yeni mövsümə deyil, mövsümün ikinci yarısına startı verilib.
| Paylaş: