')

Bu gün:


FutbolPress.Az | AFFA İcraiyyə Komitəsinə namizədin adı açıqlandı

AFFA İcraiyyə Komitəsinə namizədin adı açıqlandı


oxunma sayı: 235 Paylaş:

FutbolPressAFFA-nın martın 16-da təşkil olunacaq növbəti Hesabat Konfransında İcraiyyə Komitəsində hazırda vakant olan 1 yerə seçki keçiriləcək.

Nizamnaməyə əsasən, İcraiyyə Komitəsi üzvlüyünə namizəd AFFA-nın üzvü və ya dolayı üzvü tərəfindən Konfransın keçiriləcəyi tarixdən ən azı 15 gün əvvəl baş katibliyə təqdim olunmalıdır.

Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən hazırda Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.


oxunma sayı: 235 | Paylaş:




?>