')

Bu gün:


FutbolPress.Az | Konte "Çelsi"ni tərk edəcək

Konte "Çelsi"ni tərk edəcək


oxunma sayı: 484 Paylaş:

FutbolPress"Çelsi"nin çalışdırıcısı Antonio Konte yayda "İnter"ə baş məşqçi təyin olunmağa razılıq verib.

47 yaşlı mütəxəssis klubun yeni sahiblərinin təklifini qəbul edib. Onun məvacibi əvvəlki təkliflə müqayisədə 11-dən 15 milyona qaldırılıb. Məlumatı İtaliyanın ən məşhur idman qəzetlərindən biri "Tuttosport" yayıb.

Yaxın günlərdə "Suning" şirkətinin hüquqşünasları Roman Abramoviçlə müqavilənin xitamı ilə bağlı danışıqlar aparacaq.

Kontenin "Çelsi"də fəaliyyətinin davam etdirmə istəməməsinin səbəbi rəhbərliklə münasibətlərinin yaxşı olmamasıdır.

Hazırda London təmsilçisi İPL-də 10 xal fərqlə liderdir.


oxunma sayı: 484 | Paylaş:




?>