')

Bu gün:


FutbolPress.Az | "CBC Sport"da nə baş verir? (AÇIQLAMA)

"CBC Sport"da nə baş verir? (AÇIQLAMA)


oxunma sayı: 1548 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqası və Kuboku oyunlarının yayım hüququna malik olan, ölkənin iki idman kanalından biri “CBC Sport”da yayım keyfiyyətinin aşağı düşməsi və maliyyə problemlərinin olması ilə bağlı iddialar var. Bunlar həm kanalın bir müddət əvvəl “Saran Holdinq”lə yaşadığı səyyar telestansiya (STS) problemindən, həm də işçilərin ayrılmasından qaynaqlanır.

Bir müddət öncə Murad Axundov “CBC Sport”u tərk etmişdisə, son olaraq Orxan Sübhan da kanaldan ayrılıb.

Ayrılıqların səbəbi maliyyə problemləri ilə bağlı ixtisarların baş verməsidirmi?

Şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli onların hər ikisinin kanalı öz istəkləri ilə tərk etdiyini bildirdi:

“Murad Axundov da, Orxan Sübhan da öz istəkləri ilə gediblər. Özləri yaxınlaşıb getmək istədiklərini deyiblər. Düzdü, maliyyə məsələlərinə cavab verməyə ixtiyarı olan biri deyiləm, amma burda maliyyənin heç bir əhəmiyyəti olmayıb. Yəni, sırf bu iki nəfərin kanaldan ayrılmasının maliyyə problemlərinin olması iddiaları ilə yaxından-uzaqdan əlaqəsi yoxdu”.

Bəs yayım keyfiyyəti?

“Bəli, bəzi oyunlarda texniki problemlərimiz olub - təkrarların, yavaşladılmış kadrların efirə verilməsində gecikmələr baş verib. Bəzən elə olub ki, 10-15 dəqiqə ərzində təkrarları efirə verə də bilməmişik. Bunların hamısının texniki səbəbləri var və yerindəcə aradan qaldırmışıq. Təbii ki, belə şeylərin olmasını istəməzdik amma bunun ümumi yayım keyfiyyətinə ciddi təsir etdiyini düşünmürəm. Həm də belə hallar müntəzəm xarakterli deyil. Cəmi 1-2 matçda problem əmələ gəlib. Bir müddət STS problemimiz olsa da, artıq yanvar ayından əvvəlki kimi 2 STS-lə işləyirik. Özünüz də görürsüz ki, əvvəlki dövrlərlə müqayisədə hər hansı dəyişiklik yoxdu və bütün oyunların canlı yayımı həyata keçirilir”.


oxunma sayı: 1548 | Paylaş:




?>