Mario Götse Azərbaycana qarşı oynamayacaq
Paylaş:
Almaniya millisinin əsas oyunçularından Mario Götse Azərbaycan yığması ilə DÇ - 2018-in seçmə oyununu buraxacaq.
Buna səbəb Dortmund "Borussiya"sında çıxış edən yarımmüdafiəçinin zədəli olmasıdı. 25 yaşlı fubolçunun müalicəsi dava etdirilir.
"Borussiya"nın baş direktoru Hans-Yoahim Vatske yaşıl meydanlara dönüşün qısa müddətdə gerçəkləşməyəcəyini bildirib.
Azərbaycan - Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bundestimin baş məşqçisi Yoahim Löv Bakıya gətirəcəyi heyəti fevralın 17-də açıqlayacaq.
| Paylaş: