')

Bu gün:


FutbolPress.Az | Maksim Medvedev: "Bakıda Almaniya millisindən xal ala bilərik" (MÜSAHİBƏ)

Maksim Medvedev: "Bakıda Almaniya millisindən xal ala bilərik" (MÜSAHİBƏ)


oxunma sayı: 730 Paylaş:

FutbolPress"Qarabağ";n və Azərbaycan millisinin futbolçusu Maksim Medvedev AFFA-nın "Sualla Zərbə" rubrikasının qonağı kimi azarkeşlərin suallarını cavablandırıb. 

Həmin müsahibəni təqdim edirik...

- Səfər matçlarında olarkən millinin azarkeşləri sənə və komanda yoldaşlarına necə münasibət göstərirlər? Azarkeşlərlə bağlı ən yadda qalan xatirən hansıdı?
- Hər şey yaxşı olur. Səfərə çıxarkən milli komandamıza çox böyük dəstək olur. Azarkeşlər hava limanına gəlirlər. Həmin ölkələrdə hamısı kömək etmək istəyir. Bu, sevindirici haldır. Baxamayaraq ki, məsələn, Azərbaycan və Almaniya futbolu eyni səviyyədə deyil,amma xaricdə komandamıza böyük dəstək olduğunu görürük. Bu da bizdə əlavə motivasiya yaradır. Yadda qalan xatirəyə gəlincə, son vaxtlar San Marino ilə səfər matçında maraqlı hadisə baş verdi. Məşqə çıxarkən gördüm ki, 2 nəfər tribunaya qalxıb və başlayıb Azərbaycanın himnini oxumağa. Milliyə aid bi bəstə var idi və onu oxuyurdular. Səhv etmirəmsə, həmin oğlanın adı Şamildir. Son oyunlara həmişə tək gəlir və şərfini açır. Bu insanda kompleks yoxdur. O, necə mənə azarkeşlik edirsə, mən də ona azarkeşlik edirəm. Yaxşı ki, belə bir azarkeşimiz var.

- Milli komandada ən yaxın münasibətdə olduğunuz oyunçu kimdi?
- Millidə dostlarım çoxdu. Onların bəzisi ilə eyni klubda çıxış edirəm. baxmayaraq ki, başqa klubda oynayır, amma Rauf Əliyevlə münasibətlərim daha yaxşıdı. Çünki uşaqlıqdan bir yerdə futbola başlamışıq. 11 yaşdan etibarən bütün milli komandalarda birgə çıxış etmişik. Təxminən son 3 ildə fərqli klublarda oynasaq da, münasibətim çox gözəldir.

- Hansı klubun yetirməsisən və ilk müəllimin kim olub?
- Futbola Neftqaz" klubunda başlamışam. Birinci məşqçim Ramiz müəllim olub. Onun köməkliyi ilə aşağı yaş qrupları üzrə milli komandalara düşməyə başlamışam. Oradan birbaşa "Qarabağ"ın futbol məktəbinə keçmişəm. Artıq 12 ildir "Qarabağ"dayam.

- İndiyə qədər qarşılaşdığın ən güclü hücumçu kimdi?
- Avropada ad çıxaran çox futbolçuya qarşı oynamışam. Ronaldo, Nani, El-Şəravi, Konoplyanka və s. nlara qarşı oynamaq doğrudan da çətindir. Çünki hərənin öz oyun üslubu var. Şadam ki, belə futbolçulara qarşı oynamışam.

- 5 nəfərdən ibarət futbola getsən, milli komandadan kimləri götürərsiniz?
- Özümə 1 qapıçı, 3 meydan oyunçusu götürəcəyəm. Qapıya Kamran Ağayevi seçərəm. Sonra Rahid Əmirquliyevi götürərəm. Çünki mənə elə futbolçular lazımdır ki, bu cür futboldan anlayışı olsun. Yaxşı bir müdafiəçi lazımdır, o da Bədavi Hüseynov olsun. Çünki addımları böyükdür. İki nəfər də texnikalı futbolçu lazımdır. Bunlar da Ağabala Ramazanovla Rəhman Hacıyev olsun. Bu heyətlə istənilən komandaya qarşı oynayarıq.

- Dünya çempionatında iştirak etsən, hansı hissləri keçirərsən?
- Bu, mənim arzumdur. Millinin son nəticələrini görəndən sonra dostlarım bütün dünyadan zənf eləyib deyirlər ki, çox böyük şansınız var və səni orada görmək istəyirik. Əsas fikir odur ki, final mərhələsinə düşək. Orada hansı hisslər olacaq, demək çətindi.

- Qolundakı döymə nədir və hansı mənanı daşıyır?
- Döymənin daxilində çox məna var. Ona görə də, üzərini ümumi bir fonla bağlamışam ki, seçilməsin. Bir az şəxsi həyatıma aiddir. Bu üzdən müzakirə etmirəm.

- Azərbaycan dilində hansı mahnını bilirsən?
- Məqşdən qayıdanda əsasən radioya qulaq asıram. Xoşuma gələn mahnılar çoxdur. Ürəyimə daha çox Ədalət Şükürovun mahnıları yatır. Özü ilə də aram yaxşıdı. Mahnılardan biri də budu: "Ay qız keçə bizim məhlədən, sənin adına qurban olum" (gülür.).

- Milli komandada oynayarkən, yaşadığın hansısa gülməli bir məqam olub?
- Çox olub. Çünki bizdə Kamran Ağayev var. O, həmişə komandanı tonusda saxlayır. Kamran toplanışda varsa, demək, vaxt tez uçacaq. Axırıncı səfərdə məndən xahiş etdi ki, gedək pilota tərəf, mikrofonla bir şey danışmaq istəyirəm. Dedim: "Gedək, problem yoxdu". Amma fikrini bilmirdim. Kamran mikrofonu götürüb dedi: "Salam əziz sərnişinlər, uçuşumuz 5 saat çəkəcək, hündürlüyümüz bu qədər olacaq. Sizdən artıq dərəcədə xahiş edirəm, bir sərnişinimiz itib, ayağınızın altına baxın, birdən əzib edərsiz. Sərnişinin adı Arif Daşdəmirovdu". O da nəyə görə? Boyu balacadı, həmişə Kamran ona "ilişir". Onu mikrofonda deyəndə, bütün təyyarədə olanlar gülüşdülər. Belə anlar çox olur. Kamran harada aş, orada başdı.

- Almaniya ilə oyundan nə gözləyirsən?
- Komandamız həmin gün bir məqsəd üçün meydana çıxacaq. Hədəf qalib gəlməkdir. Çünki bizim şüarımız var: "Niyə də yox"?! Öz meydanızda oynayacağıq. Azərbaycan millisi hər şey edə bilər. Bizdən həm sürpriz, həm də yaxşı oyun gözləyə bilərlər. İnanıram ki, Bakıda Almaniya millisindən xal ala biləcəyik.


oxunma sayı: 730 | Paylaş:




?>