')

Bu gün:


FutbolPress.Az | "Neftçi"də 3 illik həsrətin sonu və ya Vaylonun "vay"la başlayan "quru" seriyası

"Neftçi"də 3 illik həsrətin sonu və ya Vaylonun "vay"la başlayan "quru" seriyası


oxunma sayı: 430 Paylaş:

FutbolPressPremyer Liqanın XX turunda AZAL üzərində minimal hesablı qələbəyə sevinən "Neftçi" ardıcıl 3-cü matçda da qapısını toxunulmaz saxlayıb.

"Sumqayıt"ı tək qolla yenib ardından "Kəpəz"lə qolsuz bərabərliyə razılaşan Bakı təmsilçisi son olaraq da AZAL-la oyunda "quru" seriyanı davam edirə bilib.

Buna qədər 2014-cü ildə "Rəvan", "Xəzər Lənkəran" və "Bakı" ilə ardıcıl matçlarda 1:0 hesabı ilə qalib gələn bakılılar 3 illik həsrətə son qoyub.

Son 3 oyunun hamısında "çərçivə"ni gənc qolkiper Maksim Vaylo qoruyub.

"Neftçi" Premyer Liqada sonuncu qolu 17-ci turun "İnter"lə səfər oyununda, özü də Vaylonun səhvindən sonra buraxıb.


oxunma sayı: 430 | Paylaş:




?>