')

Bu gün:


FutbolPress.Az | Şahin Diniyevdən "Qəbələ" üçün fərqli taktika

Şahin Diniyevdən "Qəbələ" üçün fərqli taktika


oxunma sayı: 221 Paylaş:

FutbolPressBu gün Gəncə şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” dünən keçirilən məşqlə qarşıdakı matçın hazırlığını tamamlayıb.

Azərbaycan Premyer Liqasının lideri ilə oyunöncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib:

"Həqiqətən də çətin görüş olacaq, ümumiyyətlə son zamanlar asan oyunlarımız yoxdu. Komandanın gücünə uyğun olaraq hər matça maksimum yanaşmalıyıq. "Qəbələ" bundan əvvəlki turda “Qarabağ” üzərindəki qələbədən sonra turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Mənə elə gəlir ki, bizi maraqlı və ağır bir oyun gözləyir. "Kəpəz" bu çətin qarşılaşmaya hazırdır. Hər oyuna hazırlaşdığımız kimi məşq etmişik. Sadəcə, qarşıdakı görüşdə taktiki cəhətdən bir az dəyişikliklər olacaq".


oxunma sayı: 221 | Paylaş:




?>