Rusiyada qeyri-adi oyun: 20 avtoqol
Paylaş:
Dünən Rusiyanın bendi (topla xokkey) çempionatında Arxangelskdə "Vodnik" - "Baykal" oyunu 11-9 hesabı ilə başa çatıb. Maraqlısı isə odur ki, bütün qolları xokkeyçilər öz qapılarından keçiriblər.
Bununla bağlı danışan Rusiyanın İdman naziri Pavel Kolobkov hadisəni ölkə xokkeyinə zərbə olduğunu bildirib.
Bu gün hadisə ilə bağlı NİK-nin xüsusi iclası olacaq. Hər iki komandaya cəzanın veriləcəyi gözlənilir. Bir daha belə bir hadisənin baş verməməsi üçün nazir cəzadan heç kimin qaça bilməyəcəyini vurğulayıb.
Xokkeyçilərin belə hərəkəti uduzmaq və playoff-da özlərinə daha münasib rəqib seçmək istəyi olub.
| Paylaş: