')

Bu gün:


FutbolPress.Az | Ramil Şeydayev "Jilina"da debüt edəcək? - Baş məşqçi açıqladı

Ramil Şeydayev "Jilina"da debüt edəcək? - Baş məşqçi açıqladı


oxunma sayı: 373 Paylaş:

FutbolPressQış transfer pəncərəsində "Trabzonspor"dan Slovakiyanın "Jilina" klubuna icarəyə verilən Ramil Şeydayev yeni komandasında debüt edə bilər.

Çempionatın 19-cu turunda "Jilina" "Zlate-Moravçe"ni qəbul edəcək. Komandanın baş məşqçisi Adrian Qula millimizin hücumçusuna şans verməyi planlaşdırır. O, bildirib ki, Ramil Şeydayev "Zlate-Moravtse"yə qarşı oyun üçün tam hazırdır.

Qarşılaşma bu gün Bakı vaxtı ilə 20:30-da start götürəcək.

"Jilina" 44 xalla Fortuna Liqasında turnir cədvəlinə başçılıq edir. "Zlate-Moravçe" isə 16 xalla 11 klub arasında 10-cudur.


oxunma sayı: 373 | Paylaş:





?>