Dadaşov oynadı, komandası qalib gəldi
Paylaş:
Almaniyanın Şimal-Şərq Regional Liqasında 22-ci turun oyunları keçirilir.
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Moyzelvits" də səfərdə "Herta Berlin II" ilə qarşılaşıb.
Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:0.
Matça start heyətdə başlayan Dadaşov yenə 90 dəqiqə meydanda olub.
"Moyzelvits" 24 xalla 18 komanda arasında 12-ci pillədə qərarlaşıb.
| Paylaş: