Azərbaycanlı məşqçi İsrail klubunda
Paylaş:
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının baş məşqçisi Aleksandr Çervyakov İsraildə Hayfa "Makkabi"sinə rəhbərlik edəcək.
59 yaşlı azərbaycanlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
Çervyakov karyerasında ilk dəfə olaraq Azərbaycandan kənarda fəaliyyət göstərəcək. O bundan əvvəl iki Bakı klubuna - "Azərreyl" və "Azəryol"a, 2013-cü ildə isə Azərbaycan yığmasına rəhbərlik edib.
| Paylaş: