')

Bu gün:


FutbolPress.Az | "Qəbələ"nin futbolçusu əməliyyat olundu

"Qəbələ"nin futbolçusu əməliyyat olundu


oxunma sayı: 131 Paylaş:

FutbolPress"Qəbələ"nin futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub.

22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbuldakı "Acıbadem" Kadıköy Xəstəxanasında baş tutub.

Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Cərrah bildirib ki, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.

Elvin Camalov Azərbaycan Premyer Liqasında XVIII turun “Zirə” ilə fevralın 12-də keçirilən səfər oyununda (2:2) zədələnib. Müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanıb və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxıb.


oxunma sayı: 131 | Paylaş:




?>