Bilərəkdən rəqibini vuran futbolçuya 6 oyun cəza
Paylaş:
İntizam Komitəsinin növbəti icalsı keçirilib. Toplanıda I Divizoonun XVI turunda baş verənlərə hüquqi qimət verilib.
“Rəvan” – “Şəmkir” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Energetik” – “Göyəzən” matçında meydan sahibi komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.
“Turan Tovuz” – “Zaqatala” matçında qonaqların klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
Oyunun 69-cu dəqiqəsində “Turan Tovuz”un futbolçusu Səbayıl Bağırov aqressiv davranışa və rəqibə bilərəkdən zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyun cəzalandırılıb, klub isə 400 manat cərimə olunub.
“Ağsu” – MOİK matçının 90+3-cü dəqiqəsində MOİK klubunun futbolçusu Qərib İbrahimov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalandırılıb, kluba 240 manat cərimə kəsilib.
| Paylaş: