')

Bu gün:


FutbolPress.Az | Samir Abasovun aqressiyası "Sumqayıt" üçün bəlaya çevrildi

Samir Abasovun aqressiyası "Sumqayıt" üçün bəlaya çevrildi


oxunma sayı: 226 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin növbəti iclası keirilib. Toplantıda Azərbaycan Premyer Liqasının 19-cu turunda baş verənlərə hüquqi qiymət verilib.

“Sumqayıt” – AZAL görüşündə meydan sahiblərinin baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün cəzalandırılıb. O, 1 oyun komandasının yanında ola bilməyəcək. Üstəlik bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimələnib.

Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.

Samir Abasov daha əvvəl "Qəbələ" ilə səfər oyununda texniki zona qaydalarını pozub.


oxunma sayı: 226 | Paylaş:




?>