')

Bu gün:


FutbolPress.Az | Robert Prosineçkini Azərbaycan millisinə mafiya gətirib?

Robert Prosineçkini Azərbaycan millisinə mafiya gətirib?


oxunma sayı: 458 Paylaş:

FutbolPressTürkiyəli məşqçi Giray Bulak Robert Prosineçkinin Azərbaycan millisinə gəlişi barədə maraqlı açıqlamalar verib.

Mütəxəssis "TRT Spor"a açıqlamasında bunları deyib:

"Robert Prosineçkinin "Kayrserispor"da uğursuz oldu. Amma nə olsun, bu gün o, Azərbaycan millisinin baş məşqçisidi. Hansı xidmətlərinə görə? Balkan məşqçilərin arxasında güclü menecer lobbisi durub".

Giray Bulak bunu Balkan mafiyasının fəaliyyəti ilə əlaqələndirib: "İqor Tüdor bundan əvvəl çalışdığı "Karabükspor"dakı səfər matçlarında cəmi 4 xal yığıb. Belə nəticəsi olan məşqçini böyük komandaya gətirərlər? Ona görə ki, türk klublarının prezidentlərinin Balkan menecer mafiyası ilə əlaqəsi var. Balkan ölkələrindən bir məşqçinin qısa fəaliyyəti kifayət edir ki, böyük klublara getsinlər. Biliç "Beşiktaş"da nəyə nail oldu və indi hardadı? "Vest hem"də! Şenol Günəş "Beşiktaş"ı çempion elədi. Bəs onu niyə İngiltərəyə çağırmırlar?”



oxunma sayı: 458 | Paylaş:




?>