')

Bu gün:


FutbolPress.Az | Məmmədovun səhvi - dəyişən qərar (VİDEO)

Məmmədovun səhvi - dəyişən qərar (VİDEO)


oxunma sayı: 454 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 19-cu turunda "İnter" - "Zirə" oyunu keçirilir. "İnter Arena"da baş tutan qarşılaşmanın ilk hissəsinin sonlarında ara qarışıb.

Buna matçın baş hakimi Orxan Məmmədovun qərarı səbəb olub. O, 41-ci dəqiqədə "Zirə"nin futbolçusu Yovan Krnetaya toxunan topun qapıçı Anar Nəzirovun ələ götürməsini sərbəst zərbə kimi qiymətləndirib. Qərar qonaq komandanın futbolçularının ciddi etirazlarına səbəb olub. Köməkçiləri ilə məsləhətləşdikdən sonra Orxan məmmədov sərbəst zərbəni ləğv edib. Bu isə "İnter" futbolçularının narazılığına səbəb olub. Hadisələrin davamında referi meydan sahibi komandanın müdafiəçisi Zurab Xizanişvilini sarı vərəqə ilə cəzalandırıb.

"FutbolPress" baş verənləri təqdim edir:


oxunma sayı: 454 | Paylaş:




?>