"Real"ın ulduzu sıraya döndü: "Espanyol"a qarşı oynayacaq
Paylaş:
Madrid "Real"ının uelsli futbolçusu Qaret Beyl zədəsini tam sağaldıb.
3 ay yaşıl meydanlardan kənar qalan ön xətt oyunçusu La Liqanın XXIII turunda baş tutacaq "Real" - "Espanyol" matçında iştirak edə biləcək.
"Real" - "Espanyol" oyunu bu gün Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
| Paylaş: