')

Bu gün:


FutbolPress.Az | Azarkeş milli üzvünə hücum etdi: "Bu şəhərdən get" (VİDEO)

Azarkeş milli üzvünə hücum etdi: "Bu şəhərdən get" (VİDEO)


oxunma sayı: 377 Paylaş:

FutbolPressAzərbaycan millisinin və "Bursaspor"un ücumçusu Dəniz Yılmaz Türkiyə Super Liqasında XXI turun "Kayserispor"la səfər matçından sonra kəskin etirazla qarşılaşıb.

Buna milli üzvünün matçın 19-cu dəqiqəsində rəqib oyunçuya bilərəkdən kobudluq edərək qırmızı vərəqə alması səbəb olub.

Necmi Ayıldız adlı azarkeş komandasını azlıqda qoyaraq 0:2 hesablı məğlubiyyətə səbəbkar olan Yılmazın qabağını kəsib. Fanat "Sən "Bursaspor"a layiq deyilsən, bu komandadan getməlisən. Nə haqqın var "Bursaspor"u pərişan etməyə? Bu şəhərdən get. Sənə "Bursaspor" forması yaraşmır. Bir daha bu formanı geyinmə!" deyib.

Azarkeşləri klubun I vitse-prezidenti Ali Ademoğlu və baş məşqçi Mutlu Topçu çətinliklə sakitləşdirməyi bacarıblar.


oxunma sayı: 377 | Paylaş:




?>