')

Bu gün:


FutbolPress.Az | UEFA-dan Türkiyə klubuna ağır cəza: avrokuboklardan uzaqlaşdırıldı

UEFA-dan Türkiyə klubuna ağır cəza: avrokuboklardan uzaqlaşdırıldı


oxunma sayı: 758 Paylaş:

FutbolPressUEFA Türkiyənin "Karabükspor" klubunu 2 illik müddətinə avrokuboklardan diskvalifikasiya edib.

Super Liqa təmsilçisi 2016/17 və 2017/18 mövsümlərində qitə miqyaslı turnirlərdə iştirak edə bilməyəcək. Buna səbəb "Karabükspor"un UEFA-nın maliyyə fayr-pley tələblərinə cavab verməməsi olub.

Türkiyə klubu məsələ ilə bağlı 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.


oxunma sayı: 758 | Paylaş:




?>