')

Bu gün:


FutbolPress.Az | Qriqorçuk üçün bərabərlik oyunu, “Qarabağ”ın aşkar üstünlüyü (STATİSTİKA)

Qriqorçuk üçün bərabərlik oyunu, “Qarabağ”ın aşkar üstünlüyü (STATİSTİKA)


oxunma sayı: 507 Paylaş:

FutbolPressFevralın 19-u Azərbaycan Premyer Liqasının 19-cu turunda çempionluğa əsas iddialılar – “Qəbələ” və “Qarabağ” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcək. Üçüncü dövrənin, bəlkə də, çempionatın ən əhəmiyyətli matçı yaxınlaşdıqca oyun ətrafında ajiotaj da böyüyür.
 
Məsələ burasındadı ki, səfərə 3 xal üstün yollanan Ağdam klubu qalib qələcəyi təqdirdə çempionun adına böyük ölçüdə aydınlıq gələcək. “Qəbələ” məğlub olarsa, yaranacaq 6 xallıq fərqi aradan qaldırmaq nə qədər çətin görünürsə, komandadakı psixoloji durumu düzəltmək ondan da qəliz olacaq. Üstəlik, komanda bu matça da psixoloji gərginliklə çıxacaq.
 
Digər tərəfdən “Qarabağ”a 1 xal da sərf etdiyi üçün Qurban Qurbanovun komandasına ehtiyatlı futbol oynadacağını gözləyənlər az deyil.
 
“FutbolPress” əhəmiyyətli oyun öncəsi komandaların şəxsi görüşlərdəki statistikasını təqdim edir:
 
“Qəbələ” və “Qarabağ” indiyədək 34 dəfə qarşılaşıb. Daha çox 2010-cu ildən sonrakı çıxışı ilə diqqətə düşən “qırmızı-qaralar” statistikada rəqibinə açıq-aşkar uduzur. “Qarabağ”ın 16 qələbəsi olduğu halda, “Qəbələ” bundan iki dəfə az – 8 qələbəyə sevinib, 10 matçda heç-heçə qeydə alınıb. Top fərqində də Ağdam klubunun üstünlüyü var – 46:32.
 
Komandalar arasında ən bol qollu qarşılaşma 2013-cü ildə baş tutub. Noyabrın 3-də keçirilən matçda 7 qol qeydə alınıb. Sonda meydan sahibi “Qarabağ” 4:3 hesablı qələbəyə sevinib.
 
“Qəbələ” ən yaxşı halda rəqibinə 2 top fərqi ilə qalib gəlib. 2010-cu ildə 3:1-ə sevinən “qırmızı-qaralar”, bir də davam edən mövsümün birinci dövrəsində 2:0 hesabı ilə üstün olmağı bacarıb.
 
“Qarabağ”ın ən böyük hesablı qələbəsi isə 3:0 olub. “Köhlən atlar” bu nəticəyə iki dəfə nail olub. Ağdam klubu bunu 2011 və 2014-cü illərdə evdə bacarıb.
 
“Qəbələ”nin ev sahibi olduğu oyunlarda ən çox  4 qol qeydə alınıb. 2010-cu ildə baş tutan qarşılaşmada meydan sahibi 3:1 hesablı qələbəyə sevinib.
 
“Qarabağ” – “Qəbələ” qarşılaşmalarında ən ox fərqlənən futbolçu Ağdam klubunu qış fasiləsi zamanı “Adanaspor”a dəyişən Reynaldodu. “Sambaçı” 8 dəfə adını tabloya yazdırıb. Onu sabiq “Qəbələ”li Dodo və hazırda “Qarabağ”ın əsas heyət üzvlərindən olan Riçard Almeyda izləyir. Hər ikisinin aktivində 5 qol var. Hazırda “qırmızı-qara” formanı geyənlər arasında bu rəqibə ən çox qol buranlar Sergey Zenyov Filip Ozobiçdi. Onlar hərəyə 2 dəfə fərqlənib.
 
Ötən dövrələrdə baş tutan iki oyunda da “Qarabağ”ın qapısına yol tapan Ozobiç, həm də Premyer Liqanın bombardiridi – 10 qol. Bu mövsüm “Qarabağ”ın ən məhsuldar futbolçusu isə Dino Ndlovudu. Afrikalı 5 dəfə fərqlənməyi bacarıb.
 
Fevralın 19-u baş tutacaq qarşılaşma Roman Qriqorçukun “Qarabağ”dakı həmkarı Qurban Qurbanovla hesabı bərabərləşdirmək üçün də imkandı. İndiyədək 10 dəfə üz-üzə gələn mütəxəssislərin duelində Qurbanov  4, Qriqorçuk isə 3 qələbəyə sevinib. 3 oyunda heç-heçə qeydə alınıb. Top fərqində də Qurban Qurbanov üstündü – 13:11.

Faiq Tahirov



oxunma sayı: 507 | Paylaş:




?>